AZ EN RU

Naxçıvan gömrükçülərindən uşaqlara bayram sovqatı

Naxçıvan Baş Gömrük İdarəsində 1 iyun - Uşaqların  Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan gömrükçüləri əvvəlcə Ordubad şəhər tam orta internat məktəbini ziyarət edib, şagirdlərlə səmimi görüş keçiriblər. Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev və məktəbinin direktoru Məzahir Xəlilov uşaqları bayram münasibəti ilə təbrik edib, gələcəyimiz olan uşaqlara qayğının xüsusi diqqətdə saxlanıldığını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib. Uşaqların iştirakı ilə müxtəlif rəqslər nümayiş olunub, şeirlər səsləndirilib, balacalar əyləncəli vaxt keçiriblər.

Məktəbin şagirdləri bayram hədiyyələri ilə sevindirilib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü tədbiri  Naxçıvan Baş Gömrük İdarəsində davam edib.

İdarənin akt zalında keçirilən tədbirdə gömrük əməkdaşlarının övladları müxtəlif oyunlarda iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıdan dəvət olunmuş qonaq və şən klounun təqdim etdiyi əyləncəli şou proqram uşaqlar üçün tədbiri yaddaqalan edib.

Sonda  uşaqlara bayram münasibətilə hədiyyələr təqdim olunub, onlar üçün çay süfrəsi açılıb.

Nəşr edilib : 01.06.2023 23:55