AZ EN RU

Naxçıvan gimnastları beynəlxalq turnirin mükafatçıları sırasında

Dənizkənarı bulvarda “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge” turniri reallaşıb. Yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda və 800-ə yaxın idmançı yer alıb. İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalda ustad dərsləri, komandaların rəngarəng yürüşləri, gimnastika hamı üçün növü üzrə nümunəvi çıxışlar və əyləncəli proqramlar əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.
Naxçıvan Atletika Federasiyasının baş məşqçisi Humay Qafarova (Naxçıvan) və məşqçi Xanım Əhmədovanın (Şərur) rəhbərliyi ilə muxtar respublikadan ümumilikdə 25 idmançı “Challenge”-də çıxış etmək imkanı qazanıb. Çıxışı birinci yerlə qiymətləndirilən “Naxçıvan” komandası turbirin qaliblərindən olub. Şərurlu gimnastlar isə üçüncü yerə sahib çıxıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.06.2024 19:47