AZ EN RU

Naxçıvan Futbol Federasiyasına yeni sədr təyin seçilib

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığıncağı  keçirilib.  Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
İclasda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Vüqar Abbasov idi.

Nəşr edilib : 31.07.2023 11:28