AZ EN RU

Naxçıvan ədliyyə sistemi savadlı kadrlarla komplektləşdirilir

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün cari ilin mart ayında elan olunmuş müsabiqədə 04 namizəd vəMəhkəmə Ekspertizası Mərkəzində vakant olan ekspert vəzifəsinə keçirilən müsahibədə 01 namizəd uğur qazanıb. Müsabiqə və müsahibədən uğurla keçən namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilib, təlimin sonunda onlara ədliyyə orqanlarında işləmək hüququ verən şəhadətnamə verilib.

Noyabrın 20-də müsabiqə və müsahibədə uğur qazanan namizədlər ədliyyə orqanlarında qulluğa qəbul edilib və nazirlikdə andiçmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov  Ədliyyə Nazirliyinin yaranmasının 105-ci ildönümü və ədliyyə işçilərinin peşə bayramı ərəfəsində gəncləri qulluğa qəbul olunmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzu edib. Qeyd olunub ki, hər bir ədliyyə işçisi xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsini dərindən mənimsəyərək onun hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında müəyyən etdiyi dövlətçiliyə sədaqətlə xidmət və yüksək mənəvi keyfiyyətlərə malik olmaq kimi tələblərini fəaliyyətlərində rəhbər tutmalıdır. Ali Baş Komandan İlham Əliyevin dövlət qulluqçuları qarşısında xalqa xidmətlə bağlı verdiyi tapşırıqları fəaliyyətlərində ümumi amal kimi tutmaları dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, məmnunluğun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını diqqətə çatdırıb, xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirmələri, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib, uğurlu fəaliyyət arzulayıb. siyasətini fəaliyyətlərində

Sonra yeni işə qəbul olan namizədlər təntənəli sürətdə and içib və onlaraxidməti vəsiqələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.11.2023 11:44