AZ EN RU

Naxçıvan Duzdağı haqqında Amerikan xəbər saytı yazır

Amerikanın www.ktvz.com saytında ölkəmizin ən böyük tibbi turizm obyekti olan Duzdağ haqqında məqalə yer alıb. Məqalədə Naxçıvan duz mağaralarının tarixi, onların müalicəvi xassələri ilə məşhurlaşması haqqında məlumatlar əks olunub. 
Məqalənin müəllifi Naxçıvan haqqında yazır: “Azərbaycanın paytaxtı Bakıdan, təxminən, 260 mil (418 km.) qərbdəki Naxçıvanda qüllələr, qalalar, türbələr və hətta mağaralar da daxil olmaqla çox sayda tarixi görməli yerlər vardır. Bunlardan biri də Duzdağ Fizioterapiya Mərkəzidir". 
Müəllif qeyd edir ki, hər il orta hesabla 3500-4000 pasiyentin  üz tutduğu bu duz mağarasının immunitet sistemini gücləndirdiyi, qan dövranını yaxşılaşdırdığı və stressi aradan qaldırdığı deyilir. Buraya gələn insanların birdəfəlik sağalacağına inandığı, rahatladıcı sükut ilə əhatə olunmuş mağarada oturaraq bu sakit atmosferi hiss etmək asandır.  Mağaradakı mikroiqlim, buradakı müalicəvi mühit məqaləni oxuyanlara geniş izah olunub. 
 Qeyd edək ki, məqalənin dərc olunduğu “ktvz” media qrupu Amerikan NBC və The CW Plus şirkətlərinin filialı kimi 40 ildən çoxdur ki, 24 saat xəbər yayır. 
Xəbərin məzmunu ilə https://ktvz.com/entertainment/cnn-style/2023/12/30/duzdag-the-health-spa-hidden-deep-in-a-salt-mine-on-the-edge-of-asia/  linkində tanış olmaq olar. 

Nəşr edilib : 16.01.2024 20:36