AZ EN RU

Naxçıvan dövlət yol polisi sürüculərə müraciət edib

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirib ki,  hal-hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib ki, bu da yol nişanlarının,  nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.
Piyadalar da dumanl hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə hərəkət etməli, piyada keçidlərindən istifadə etməli, bir sözlə məsuliyyət hissini unutmamalıdırlar.

Nəşr edilib : 17.01.2024 09:03