AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbəsi Əli Ələkbərli Çində keçirilən beynəlxalq forumda gümüş sertifikata layiq görülüb

 “Harbin Medical University”nin təşkilatçılığı, “Shanghai JiaonTong University”nin həmtəşkilatçılığı və “Chongqing Medical University”nin ev sahibli ilə 2023-cü il avqust ayının 19-22 tarixlərində Çinin Chongqing şəhərində  Bakalavrların IX Beynəlxalq Təməl Tibb fənlərində İnnovasiya və Eksperimental Dizayn  Forumunda ( 2023 Belt and Road International Undergraduate Forum for Basic Innovative Experiment Design in Medical Sciences ) Azərbaycanı təmsil edən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbəsi Əli Ələkbərli öz layihəsi olan  “İnnovation for healthcare system – wireless ECG an” mövzusunda çıxış edərək II yerə layiq görülüb və gümüş sertifikat (2-ci yer) qazanıb.

Qeyd edək ki, IX Beynəlxalq Təməl Tibb fənlərində innovasiya və exsperimental dizayn bakalavrlar üzrə forumda Çin, Rusiya, Belarusiya, Özbəkistan, Monqolustan və s. Ölkələrin qatıldığı yarışmada İlhamə Mustafayevanın elmi rəhbərliyi altında Əli Ələkbərli öz mövzusu ilə bir çox ölkələrin diqqətini cəlb edib.

Nəşr edilib : 05.09.2023 14:54