AZ EN RU

Naxçıvan Dövlət Universitetinin tələbəsi Almaniyada “Erasmus Plus Gǝnclik Mobilliyi” çərçivəsində keçirilən layihədə iştirak edir

NDU-nun Beynǝlxalq Münasibǝtlǝr  vǝ Hüquq fakültǝsinin Fǝlsǝfǝ ixtisası üzrǝ tǝlǝbǝsi Cǝmil Xudayarov Avropa İttifaqı Proqramı “Erasmus Plus Gǝnclik Mobilliyi” çǝrçivǝsindǝ 3-10 aprel 2024-cü il tarixlərində Almaniyada keçirilǝn “Mǝdǝniyyǝt Elçilǝri Hǝrakatı” (“Culture Ambassadors in Action”) layihǝsindǝ iştirak edir.

Layihǝdǝ Azǝrbaycanla yanaşı İtaliya, Belçika, Bolqarıstan, Macarıstan, İordaniya, Türkiyǝ vǝ İspaniyadan olan gǝnclǝr beynǝlxalq münasibǝtlǝrdǝ fǝrqli mǝdǝniyyǝtlǝrin rolu, digǝr  mǝdǝniyyǝtlǝrin tanınması vǝ öyrǝnilmǝsindǝ çatışmazlıqlar, müxtǝlif millǝt vǝ köklǝrdǝn gǝlǝn gǝnclǝrin birlikdǝ ictimai fǝrqindǝlik yaratması barədə mövzuları müzakirǝ ediblər. Mövzu ilǝ bağlı interaktiv oyunlar, tǝlimlǝr vǝ qrup işlǝri hǝyata  keçirilib.

Layihǝnin ǝsas mǝqsǝdi gǝnclǝri mǝdǝniyyǝtin beynǝlxalq münasibǝtlǝrdǝ oynadığı rol haqqında maariflǝndirmǝk, mǝdǝniyyǝtlǝrarası anlaşma vǝ xoş niyyǝti tǝşviq etmǝkdir.

Məmmədbağır Dünyamalıyev

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 09.04.2024 10:31