AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı ölkə üzrə “İlin ən yaxşı Tələbə-Gənclər Təşkilatı” adını qazanıb

    Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə-Gənc­lər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Bakı şəhərində 2 fevral – Gənclər Gününə həsr olunmuş Tələbə-Gənclər təşkilatlarının I strateji planlaşdırma forumu olub.
    Forum çərçivəsində 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı “İlin ən yaxşı Tələbə-Gənclər Təşkilatı” nominasiyası üzrə mükafatlandırılıb.
    Məlumat üçün onu da bildirək ki, Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 01.02.2022 22:55