AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri Bakıda konsert proqramı ilə çıxış edib

Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri ilk dəfə Bakı şəhəri, Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert proqramı ilə çıxış edib. NDU-nun Konservatoriyası və Musiqi Kollecinin yaratdığı 150 nəfərə yaxın tərkibi ilə Simfonik orkestr Azərbaycan ali məktəbləri arasında yaradılan ilk musiqi kollektividir. Konsertdə dövlət rəsmiləri, millət vəkilləri, universitet rektorlar, AMEA-nın əməkdaşları və başqa nümyəndələr iştirak edib. Uğurlu konsert proqramı ziyalılar və eləcə də ictimaiyyət tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, konsert proqramı “Mədəniyyət” televiziya kanalında  yayımlanıb. 

                                                                                    Aidə İBRAHİMOVA

Nəşr edilib : 16.01.2024 21:25