AZ EN RU

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Robotex Azərbaycan Avrasiya Çemiponatı”nın qalibləri ilə görüşüb

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2-3 mart tarixlərində Naxçıvan Dövlət Universiteti və Robotex Türkiyənin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azercell və Global Olympiad Center dəstəyi ilə keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda universitetin yüksək nəticə göstərən tələbələri ilə görüşüb.

Rektor tələbələri əldə etdikləri uğura görə təbrik edərək onlara təşəkkürnamə, mentor müəllimlərə isə pul mükafatı təqdim edib.

Xatırladaq ki, Dünya Robot festivalının Avrasiya Çempionatının ikinci günündə mükafatlandırılan 163 komandadan 6-sı müxtəlif layihələr üzrə qalib olan Naxçıvan Dövlət Universitetinin komandaları olub.

Məlumat üçün onu da bildirək ki, 18 ölkənin iştirakı ilə Antalyada keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak haqqı qazanacaqlar.

Məmmədbağır Dünyamalıyev

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 14.03.2024 13:46