AZ EN RU

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib

Naxçıvan Dövlət Universitetinin Arxiv işi və Muzeyşünaslıq kafedrasının müəllimi olmuş Sübhi Kəngərli vəfat edib.
Sübhi Kəngərli 1937-ci ildə Naxçıvan şahərində anadan olmuşdur. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirmişdir. Cəlil Məmmədquluzədə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində elmi işçi kimi fəaliyyətə başlamış və muzeyin ilk yaradıcılarından biri olmuşdur. 1975-1980-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Etika va estetika" üzrə qiyabi aspiranturasını bitirmişdir. 30 il Ədəbiyyat Muzeyinə rəhbərlik etmişdir. 1973-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə bașlamışdır. 2012-ci ildən Arxiv işi və Muzeyşünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
Universitetin çoxminli kollektivi adından Sübhi müəllimin yaxınlarına dərin hüznlə baş sağlığı verir, Allahdan rəhmət diləyirik.

Nəşr edilib : 19.03.2024 14:37