AZ EN RU

Naxçıvan Dövlət Universitetinin müəllimi Türkiyənin Çankırı Karatekin Universitetində mühazirələr oxuyub

Naxçıvan Dövlət Universitetinin baş müəllimi Kamran Vəlizadə Erasmus proqramı çərçivəsində 06-10 may 2024-cü il tarixlərində Türkiyə Respublikasının Çankırı Karatekin Universitetində səfərdə olub. Səfər çərçivəsində multikulturalizm, qloballaşma və dəyərlər  mövzusunda  mühazirələr oxuyub.

Beynəlxalq münasibətlər ixtisasının müəllim  və tələbələrinin dinləyici olaraq iştirak etdiyi mühazirələr böyük maraqla qarşılanıb, dərslər müzakirə və suallarla davam etdirilib.

Sonda Kamran Vəlizadəyə universitet rəhbərliyi adından sertifikat təqdim edilib.

Nəşr edilib : 15.05.2024 11:00