AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Norvuzova, “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüş keçiriblər.

Görüş istedadlı tələbələrin bacarıqlarını üzə çıxarmaq, onlarda televiziya və mətbuat sahəsinə maraq yaratmaq məqsədi daşıyıb.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 04.04.2024 17:39