AZ EN RU

Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu Robotex, Azərbaycanda təlimlərə başlayıb

Bakı şəhərində baş tutan ilk təlimlərdə Azərbaycan və Türkiyənin yaradıcı mühiti birgə təlimlərə start verib.

Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu Robotex Azərbaycan, Bakı şəhərində ADA Universitetində və Bakı Ali Neft Məktəbində mentor təlimlərinə başlayıb.

Nəzərinizə çatdıraq ki, təlimlərdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən, orta məktəb və özəl liseylərindən 130 təlimçi iştirak edib, həmçinin Türkiyənin 10 universitetindən 10 təlimçi təlimlərə qatılıb.

Sonda təlimdə iştirak edənlərə sertifikatlar təqdim olunub.

Məlumat üçün onu da bildirək ki, 2-4 sentyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi edəcəyi mentor təlimləri təşkil olunacaq.

Nəşr edilib : 04.09.2023 09:54