AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Enactus komandasının nümayəndə heyəti “Enactus Misir” nümayəndəliyində keçirilən təcrübə mübadiləsinə qatılıblar

Enactus Azərbaycanın nümayəndə heyəti Misir Ərəb Respublikasının “Enactus Misir” nümayəndəliyində baş tutan təcrübə mübadiləsi proqramında iştirak ediblər. Təcrübə mübadiləsinə Naxçıvan Dövlət Universitetinin Enactus komandasının prezidenti İslam İsmayılov və komanda məsləhətçisi Fuad Babayev də qatılıb.

5 gün davam edən beynəlxalq səfərin məqsədi “Enactus Misir” nümayəndəliyinin və “Enactus Dünya Kuboku” qaliblərinin təcrübəsini öyrənmək, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək, iş prinsipləri ilə tanış olmaq və “Enactus Azərbaycan” komandalarına təcrübəni aşılamaq olub.

Səfər çərçivəsində Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndələri, “Orange Digital Center” şirkətində Misirin “Enactus” komandası və “Enactus Dünya Kuboku” qalibləri ilə, həmçinin, “Markaz Shabab El Gezirah” adlı gənclər mərkəzində “BIS”, “Ismailia”, Kafr El Sheikh”, “MTI”, “Sadat Menofia”, “Tanta and Horus”, “Egyptian Chinese University” və “IAEMS” adlı universitetlərin “Enactus” komandaları ilə görüşlər təşkil olunub.

Məmmədbağır DÜNYAMALIYEV

Naxçıvan Dövlət Universitetinin Media

və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 04.06.2024 16:52