AZ EN RU

Naxçıvan Dövlət Universitetinin ENACTUS komandası yeni uğurlara imza atır

    Naxçıvan Dövlət Universitetinin ENACTUS komandası Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ENACTUS Milli yarışında finala vəsiqə qazanıb. Bu münasibətlə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev komanda üzvləri ilə görüş keçirib. Rektor onları əldə etdikləri nailiyyətə görə təbrik edib, komandanın fəaliyyəti, hazırlıqları barədə müzakirələr aparılıb. Görüşdə, həmçinin universitetin ENACTUS komandasının üzvləri videoçarx əsasında layihələrinin əyani formada təqdimatını ediblər.
    2023 Enactus Azərbaycan Milli yarışının yarımfinal mərhələsində universitetin ENACTUS komandası “Zeropollution”, “Termobee” layihələri ilə böyük uğur əldə edib.
    Qeyd edək ki, ümumilikdə, 24 komandanın iştirak etdiyi yarımfinalda hər liqada 2 komanda olmaqla, 3 liqa üzrə komandalar finala vəsiqə qazanıb. Məlumat üçün onu da bildirək ki, ölkə finalında qalib olan komanda oktyabr ayında Niderland krallığının Utrext şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək.

Naxçıvan Dövlət Universitetinin Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 05.09.2023 15:43