AZ EN RU

Naxçıvan Dövlət Universitetinin ENACTUS komandası 2023 Enactus Azərbaycan Milli Yarışının qalibi olub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən, ️Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2023 Enactus Azərbaycan Milli Yarışının final mərhələsində NDU-nun ENACTUS komandası I yerin sahibi olub.

Xatırladaq ki, final mərhələsinə vəsiqə qazanan 6 komandanın: Naxçıvan Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Gəncə Dövlət Universitetinin iştirak etdiyi yarışa NDU-nun ENACTUS komandası “Zeropollution”, “Termobee” layihələri ilə qatılmışdı.

Məlumat üçün bildirək ki, Naxçıvan Dövlət Universitetinin ENACTUS komandası oktyabr ayında Niderland krallığının Utrext şəhərində keçiriləcək dünya  çempionatında  Azərbaycanı təmsil edəcək.

Məmmədbağır DÜNYAMALIYEV

NDU-nun Tv, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 08.09.2023 14:20