AZ EN RU

Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyi münasibətilə qərara alıram:

Naxçıvan Muxtar Respublikasında tibb təhsilinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər:

Hüseynov Zaur Səbuhi oğlu

İbrahimov Mətləb Süleyman oğlu.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 13 iyun 2024-cü il

Nəşr edilib : 13.06.2024 11:57