AZ EN RU

Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına Naxçıvan Muxtar Respublikası fəxri adlarının verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyi münasibətilə qərara alıram:

Naxçıvan Muxtar Respublikasında tibb təhsilinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Cəfərov Rauf Mehralı oğlu

Mustafayeva İlhamə Rafiq qızı

Rzayev Elmar İlqar oğlu

“Əməkdar müəllim”

Əsədov Elsevər Sabir oğlu

Məmmədov Bəhruz Qibləli oğlu.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 13 iyun 2024-cü il

Nəşr edilib : 13.06.2024 11:55