AZ EN RU

Naxçıvan Dövlət Universitetinin əməkdaşları IBM-in təlimçi sertifikatını əldə ediblər

NDU-nun əməkdaşları IBM-in  “Data Science” təlimində iştirak edərək həmin sahə üzrə təlimçi (instructor) sertifikatı əldə ediblər.

Ali təhsil müəssisəsinin əməkdaşları - Vüqar Salmanov, Zümrüd Səfərova, Səriyə Qasımova, Gültac Zeynalzadə, Rəşad Rüstəmov və Şəhriyar Quliyev 22 yanvar-02 fevral tarixlərində IBM-in təlimçiləri tərəfindən keçirilən “Data Science” kursunda iştirak edərək  “Data Science Practitioner Certificate-Instructor” sertifikatı əldə ediblər.

Nəşr edilib : 23.02.2024 12:07