AZ EN RU

Naxçıvan Dövlət Universitetinin əməkdaşları “Erasmus+” proqramı çərçivəsində İpaniyada keçirilən təlimlərdə iştirak ediblər

“Erasmus+” proqramı üzrə həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində İspaniyanın Mursiya şəhərində təlimlər təşkil olunub.

Təlimdə Naxçıvan Dövlət Universitetini Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev, Tədris Şöbəsinin müdiri Şahin Əliyev,  Strateji İnkişaf və Keyfiyyət Təminatı Bölməsinin müdiri Sevinc Kərimova, Beynəlxalq Əlaqələr Şöbəsinin koordinatoru İlahə Hüseynova və İngilis dili kafedrasının baş müəllimi Leyla Zeynalova təmsil ediblər.

 Təlimlərdə Azərbaycan universitetlərində də tətbiqi nəzərdə tutulan keyfiyyətə nəzarət siyasəti, institusional səviyyədə həyata keçiriləcək fəaliyyətlər, layihənin qarşısında duran tapşırıqlar müzakirə olunub, keyfiyyət meyarlarının pilot olaraq sınaqdan keçirilməsi tövsiyə edilib.  

Təlim zamanı universitetlərin SWOT təhlilləri aparılıb və universitetlərin keyfiyyət siyasətləri müzakirə edilib. Təhsildə keyfiyyədin yüksəldilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür. Layihənin növbəti təliminə qədər təqdim olunan təkliflərin dəyərləndirilməsi və qarşıya qoyulan hədəflərin həyata keçirilməsi planlaşdırılıb.

Nəşr edilib : 29.11.2023 17:16