AZ EN RU

Naxçıvan Dövlət Universitetinin beynəlxalq reytinqlərdə növbəti uğuru

Naxçıvan Dövlət Universiteti Dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2023-ci il İyul ayının nəticələrinə görə Azərbaycan Universitetləri arasında 3-cü olub. 

200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 mindən artıq ali təhsil müəssisəsinin təhlili nəticəsində müəyyən edilən reytinq sıralamasında NDU ötən Yanvar ayı üçün buraxılışla müqayisədə 3 pillə irəliləyərək, ölkə üzrə reyinqdə yer alan 40 universitet arasında 3-cü yerə yüksəlib.
Qeyd edək ki, 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan uniRank akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq dünya üzrə 13.900 universitet və kolleci əhatə edir.

Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir.

Nəşr edilib : 03.08.2023 09:17