AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Tədbirdən əvvəl məktəblilərin muxtar respublikanın 100 illik yubileyinə həsr olunan əl işlərinin sərgisinə baxış olub.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin  zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub.  

Sonra Beynəlxalq məktəbin şagirdlərinin hazırladığı muxtar respublikanın 100 illik yubileynə həsr olunan video-çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin hazırladığı bir-birindən gözəl ifalar, rəqslər və səhnəciklər iştirakçıların marağına səbəb olub.

Nəşr edilib : 14.03.2024 11:54