AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbində “Beynəlxalq kurikulumun təşkili və tətbiqi: yeni nəsil müəllim profili” adlı təlim keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində ingilisdilli hazırlıq qruplarının müəllimləri üçün “Beynəlxalq kurikulumun təşkili və tətbiqi: yeni nəsil müəllim profili” adlı 2 gün davam edən təlim təşkil olunub.

Təlimi Kembric məktəblərində müəllim kimi çalışmış, Bakı “Oxbridge Academy” məktəbinin ingilis dili departamentinin müdiri Nuray Əliyeva keçib.

Qeyd edək ki, 14 nəfər müəllimin iştirak etdiyi təlimdə beynəlxalq standartlarda müəllim profili, beynəlxalq səviyyəli kurikulumun hazırlanması və tətbiqi barədə geniş məlumat verilib. Bununla yanaşı dərs prosesinə nəzarət, şagirdlərin bacarıqlarının inkişaf etdirilməsi üçün metodlar, müəllim-şagird- valideyn münasibətlərinin tənzimlənməsi, dərslərdə texnologiyadan effektiv istifadə edilməsi və digər mövzulara da toxunulub.

Nəşr edilib : 04.12.2023 15:16