AZ EN RU

Naxçıvan Dövlət Universitetində yeni yaradılan İELTS Mərkəzinin koordinatoru Bayram Əliyevə əməkdaşlıq haqqında plakat təqdim edilib

Bakıda Britaniya Şurasının partnyorları ilə Böyük Britaniyanın Azərbaycandakı səfiri James Sharp və Britaniya Şurasının direktoru Fransis Trexo-Qardenerin iştirakı ilə tədbir keçirilib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəvəti ilə NDU IELTS Mərkəzinin koordinatoru və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi  Bayram Əliyev də tədbirə qatılıb. Tədbirdə Bayram Əliyevə birgə əməkdaşlığa dair plakat təqdim edilib.

Görüşdə səfir James Sharp NDU ilə Britaniya Şurasının əməkdaşlığını yüksək qiymətləndirərək bu əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

Britaniya Şurasının Azərbaycan ofisinin direktoru Fransis Trexo-Qardener Naxçıvana səfəri çərçivəsində ona göstərilən isti münasibətə görə minnətdarlığını bir daha dilə gətirib və bu əməkdaşlığın yeni imkanlar açacağını vurğulayıb. Britaniya Şurasının Azərbaycan ofisinə yeni təyin edilmiş direktor Nərgiz Hüseynova Britaniya Şurası və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu əməkdaşlığın yalnız IELTS imtahanı ilə məhdudlaşmadığını, birgə layihələrin icra edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfirinə və tədbir iştirakçılarına Naxçıvan Dövlət Universiteti haqqında, İngilisdilli ixtisaslar, universitetin gələcək hədəfləri haqqında geniş məlumat verilib.

Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 13.05.2022 12:22