AZ EN RU

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatı “Mən Naxçıvanı öyrənirəm” tələbələrarası bilik olimpiadası elan edir

    Bilik olimpiadasının keçirilməsində məqsəd muxtar respublikanın uğurlu inkişaf modelini gənclərə aşılamaq, bu inkişaf modelini və Naxçıvanın tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiyası və sair bu kimi sahələri təbliğ etmək, gənclərə mənimsətmək, yüksək bilik və bacarığa malik gəncləri üzə çıxarmaq, onları ictimai və elmi fəaliyyətə həvəsləndirməkdir. 
    Bilik olimpiadasında muxtar respublikanın ali təhsil müəssisələrinin tələbələri, magistr və doktorantları iştirak edə bilərlər. 
    Olimpiadaya qeydiyyat 5 fevral 2022-ci il tarixdən 1 mart 2022-ci il tarixədək keçiriləcəkdir. 
    Bilik olimpiadası iki mərhələ üzrə həyata keçiriləcəkdir. Bilik olimpiadasında iştirak etmək istəyən hər bir tələbə təşkilat komitəsi tərəfindən yaradılmış elektron ərizə formasını doldurmaqla (https://forms.gle/Z9iLEtKArEUaRwhP7) iştirakçı olmaq hüququ qazanacaqdır. 
    Finalda ilk üç yeri tutan iştirakçılara diplom və qiymətli hədiyyələr, ən yüksək nəticə göstərmiş 10 iştirakçıya isə diplom təqdim ediləcək. 
    Qaliblər 2 mart 2022-ci il tarixdə mükafatlandırılacaqdır.

Nəşr edilib : 04.02.2022 21:39