AZ EN RU

Naxçıvan Dövlət Universitetində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar poeziya günlərinə start verilib

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər sırasında Poeziya günləri də yer alıb. Poeziya günləri çərçivəsində professor, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Turanın xalq şairi Vüqar Əhmədlə görüş keçirilib. 

Görüşdə çıxış edən ali təhsil müəssisənin rektoru, dosent Elbrus İsayev “Heydər Əliyev İli” çərçivəsində universitetidə reallaşdırılan silsilə tədbirlər haqqında məlumat verib. Qeyd edilıb ki, Ümumilli Liderimiz respublikamızda elm və təhsilin inikişafına böyük qayğı ilə yanaşaraq onun inkişafına töhvələr verib. Vurğulanıb ki, ali təhsilin inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərmiş Ulu Öndər müxtərlif illərdə universitetdə 4 dəfə olub. Rektor şair Vüqar Əhmədin elmi, bədii yaradıcılığının əhəmiyyətindən, dünya miqyasında xalqımızı layiqincə tanıtmasından söz açıb.

          Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov Azərbaycan ədəbiyyatında Vüqar Əhməd yaradıcılığının rolu və əhəmiyyəti haqqında danışıb. Bildirilib ki, Vüqar Əhməd elmi, şeiri, musiqini bir arada birləşdirməyi bacaran bir şəxsiyyətdir. Vurğulanıb ki, üç istiqamətdə fəaliyyət göstərərək, böyük uğurlar qazanmaq onun çoxşaxəli yaradıcılıq fəaliyyətindən xəbər verir.

          Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair, dramaturq, publisist Asim Yadigar Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən şairlərimizdən olan Vüqar Əhmədin Azərbaycan ədəbiyyatındakı rolundan, ictimai-ədəbi fəaliyyətindən, elmi yaradıcılığından və şeirlərinə bəstələnən musiqilərdən söz açıb. Qeyd edilib ki, çağdaş Azərbaycanın elmi-ədəbi mühitinə öz tükənməz potensialı ilə məxsusi rəng qatan Vüqar Əhməd həm də bir şəxsiyyət olaraq gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması prosesində fəallığı ilə seçilir.

          Tədbirdə tələbələr şair, ədəbiyyatşünas Vüqar Əhmədin şeirlərindən bədii qiraət ediblər. Konservatoriyanın müəllim və tələbələri nəğməkar şair kimi onun sözlərinə yazılan bəstələri ifa ediblər.

Şair görüş iştirakçılarına özünün zəngin yaradıcılığından, elm sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb.

          Sonda universitetin rektoru Vüqar Əhmədə 60 illik yubileyi ilə bağlı keçirilən görüşdən xatirə plaketi və universitetin rəssamı, Əməkdar mədəniyyət işçisi Elman Cəfərlinin çəkdiyi portreti təqdim edib.

Nəğməkar şair, professor Vüqar Əhməd Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu dilə gətirib, 60 illik yubileyi ərəfəsində keçirilən görüşü ömrünün ən xoşbəxt saatları kimi qələmə verib.

Tərlan İbrahimova

Naxçıvan Dövlət Universitetinin

Jurnalistika ixtisası üzrə

II kurs tələbəsi

Nəşr edilib : 05.05.2023 16:19