AZ EN RU

Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu (Software Engineering Institute) yaradılacaq

Naxçıvan Dövlət Universiteti ilə dünyanın İT sahəsi üzrə nəhəng şirkəti olan IBM arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Dünyadakı universitetlərlə davamlı əlaqələr qurmaq, IBM-in 170 ölkəni əhatə edən Qlobal Ekosistemi ilə uyğunlaşmaq məqsədilə Naxçıvan Dövlət Universiteti ilə İBM şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən IBM şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu(Software Engineering Institute) yaradılacaq.
Proqramlaşdırma Mühəndisliyi İnstitutu akademik və əməkdaşlıq maraqları ilkin olaraq Süni intellekt, Bulud texnologiyaları, Kiber təhlükəsizlik, Məlumatlar bazası, Dizayn düşüncəsi, Kvant fizikası sahələrinə yönələcək.
Məlumat üçün bildirək ki, müqavilənin bağlanmasında əsas məqsəd IBM tərəfindən universitetin texnologiya həllərinə çıxış imkanlarını artırmaq və bu sahədə yeni kadrla hazırlamaqdır. Qeyd edək ki, IBM innovasiya yönümlü layihələrin dəstəklənməsində və inkişaf etdirilməsində universitetlə əməkdaşlıq edəcək, müasir innovativ ideyaları paylaşaraq, strateji problemlərə uyğunlaşdırılmış daha geniş tədqiqatçıların yetişdirilməsinə dəstək göstərəcək.
Bütün bunlar Naxçıvan Dövlət Universitetində elmtutumlu layihələrin artırılmasına, ixtisaslı kadrların yetişdirilməsinə töhfə verəcək.
 

Nəşr edilib : 16.06.2023 19:33