AZ EN RU

Naxçıvan Dövlət Universitetində Muğam axşamı keçirilib

Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “Rast Muğam” dəstgahın adlı muğam konserti keçirilib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov muğam haqqında məlumat verərək qeyd edib ki, tədbirin əsas məqsədi milli sərvətimiz olan muğamlarımızı nümayiş etdirmək və yaşatmaqdır.

Konsertin bədii rəhbəri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Xalq çalğı alətləri kafedrasının baş müəllimi Aqib Seyidov, muğam dəstgahını müşayiət edən ansamblın üzvləri Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Xalq çalğı alətləri kafedrasının baş müəllimi Aqib Seyidov, Xalq çalğı alətləri ixtisasının tələbələri, xanəndələr isə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, müəllim Ruhiyyə Hüseynova, Musiqi Kollecinin xanəndələri və Vokal sənəti ixtisası üzrə tələbələri olublar.

Konsert tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.

Universitetin rektoru Elbrus İsayev bu kimi tədbirləri İncəsənət fakültəsinin inkişaf yolunun bir nümunəsi kimi qiymətləndirib.

Qeyd edilib ki, muğama  göstərilən dövlət qayğısı gənclərin  bu  sahəyə maraq  göstərməsinə,  sonradan isə kütləvi  olaraq  muğam  ifaçılığı ilə məşğul olmasına səbəb  olub.  Bildirilib ki, Azərbaycanda  muğam  sənəti  daha  ciddi qayğı ilə əhatələnib, muğam  ifaçıları,  ustad  xanəndələr dövlətdən ciddi  dəstək alır. Universitetdə də muğam ifaçılığı sarıdan qazanılan təcrübəni yüksək qiymətləndirən  rektor konsertdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, tələbə və müəllimləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Səadət ƏLİYEVA

Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə

əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 26.12.2023 15:00