AZ EN RU

Naxçıvan Dövlət Universitetində keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində B bölməsində mühazirələr dinlənilib

Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Tibbi Forum keçirilib. Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycan tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forumdur.  

Dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının iştirak etdiyi forumda 4 bölmə üzrə mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

B salonunda keçirilən elmi bölmələrdə  konfransda İnvaziv endoskopiya, Hepatologiya, Endoskopik retroqrad xolangioqrafiya (Erxp kursu), Modern tibbi texnologiyalar, Urologiya Böyrək transplantasiyası, Ağır kliniki hallar (HCC), Virus hepatitləri, Qaraciyər transplantasiyası, Qastroenterologiya, Onkologiya sahələri üzrə 70-ə yaxın çıxış dinlənilib.

Bölmə iclaslarında muxtar respublika səhiyyə sisteminin müvafiq həkimləri, NDU Tibb fakültəsinin ixtisaslı həkim, rezident və yuxarı kurs tələbələri iştirak ediblər.

Forumun birinci günündə İnvaziv endoskopiya adı altında B salonunda keçirilən iclas professor Dilek Oğuz və doktor  Aqil Ağakişiyevin moderatorluğu ilə 4, Uşaq cərahiyyəsi adı ilə keçirilən iclasda professorlar Ramiz Poluxov və İsa Abdullayev, tibb üzrə fəlsəfə doktoru Azər İsmayılovun rəhbərliyi ilə 3, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, həkimlərdən  Aqil Ağakişiyev , Ülvi Maçanov və Habil Hüseynovun moderatorluğu ilə keçirilən bölmə iclasında Hepatologiyanın müxtəlif mövzularına aid 7 mövzuda təqdim edilən çıxışlar maraqla dinlənilib. Eyni zamanda konfransda  professorlar İrfan Koruk və  Mübariz Əliyev, dosent Asiman Həsənov, tibb üzrə fəlsəfə doktoru, dosent Kamil Hacıyevin moderatorluğu ilə Erxp kursu istiqamətində 4, Modern tibbi texnologiyalar istiqamətində dosent Taylan Sezer, həkim Aqil Ağakişiyev, tibb üzrə fəlsəfə doktoru Elgün Səmədovun modeartorluğu ilə keçirilən bölmə iclasında 3,  professorlar Koray Acarlı, Akif Bağırov, tibb üzrə fəlsəfə doktorları Rəşad Şolan və Fuad Quliyevin rəhbərliyi ilə Urologiya böyrək transplantasiyası başlığı altında keçirilən iclasda  11 mövzuya aydınlıq gətirilib.

Forumun növbəti günündə professor Murat Taner Gülşen tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, uzman həkim Cavanşir Vahabovun rəhbərliyi ilə virus hepatitləri adı altında 7, Ağır kliniki hallar istiqamətində uzman həkim Altay Əliyev professor Yuri Starkov tibb üzrə fəlsəfə doktorları Niyazi Əsgərov və Gülnarə Ağayevanın moderatorluğu ilə 5, Qaraciyər transplantasiyası sahəsində professorlar Nuru Bayramov və Koray Acarlı tibb üzrə fəlsəfə doktoru Mircelal Kazıminin rəhbərliyi altında 8,  professorlar Dilek Oğuz və Mübariz Əliyev dosent Muşviq Orucov tibb üzrə fəlsəfə doktoru Kamil Hacıyevin moderatorluq etdiyi Qastroenterologiya sahəsinə aid 7, professor Metin Ertem dosent Nəsimi Qasımov tibb üzrə fəlsəfə doktoru Azad Kərimli dosent Cümşüd Cümşüdovun rəhbərliyi altında 10 mövzu üzrə çıxılar dinlənilib.

Fəxriyyə Səyyadova NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 21.06.2022 11:37