AZ EN RU

Naxçıvan Dövlət Universitetində ilk caz konserti təşkil edilib

Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev Konservatoriya və Musiqi Kollecinin birgə əməkdaşlığı ilə Simfonik orkestrin Naxçıvandan kənarda da qazandığı uğurlardan bəhs edib. Rektor ilk dəfə keçirilən caz konsertinin fəaliyyətini yüksək qiymətləndirib.

Fortepiano kafedrasının müdiri, professor, Prezident təqaüdçüsü Səidə Məmmədova Vaqif Mustafazadə haqqında öz xoş xatirələrini bölüşüb. Tələbəlik illərindən etibarən Vaqif Mustafazadənin yaradıcılıqla məşğul olduğu diqqətə çatdırılıb. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Cazın şahzadəsi  kimi tanınan Vaqif Mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış Vaqif Mustafazadə fortepiano konsertlərinin, Muğam simfoniyası və başqa fortepiano şedevrlərinin müəllifidir.

Sonda rektor konsertin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin

Media və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 20.12.2023 11:14