AZ EN RU

Naxçıvan Dövlət Universitetində IBM institutunun yaradılması istiqamətində təlimlər təşkil edilib

Ali təhsil ocağının 20 əməkdaşının iştirak etdiyi təlim dizayn həlləri, süni zəka, proqram mühəndisliyi mövzularında keçirilib.  IBM-ın universitetlər üzrə əlaqələndirici şəxsi üzrə Hayri Sayının keçdiyi təlimlər bir həftə davam edəcək.

Qeyd edək ki, IBM dünya çapında informasiya texnologiyaları və xidmətlər sahəsində liderdir. Bu əməkdaşlıqların məqsədi, texnologiya sahəsində peşəkar kadrlar yetişdirmək və müstəqil tədqiqat və inkişafı dəstəkləməkdir.

Nəşr edilib : 02.11.2023 10:53