AZ EN RU

Naxçıvan Dövlət Universitetində Erasmus+ layihəsi çərçivəsində “Ustadlıq Mərkəzi”nin açılışı olub

Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ LMQS Sante layihəsi çərçivəsində ali təhsil ocağında LMQS “Ustadlıq Mərkəzi”nin açılışı olub. Tədbir Erasmus+ LMQS Sante layihəsinin idarə heyətinin iştirakı ilə baş tutub.

Ali təhsil ocağının rektoru Elbrus İsayev açılış tədbirində qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək onlara ali təhsil müəssisəsinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə ətraflı məlumat verib.

Rektor yaradılacaq tibb kampusu və ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun ixtisasların üstünlüklərindən, universitetin beynəlxalq layihələrdə uğurlu iştirakından danışıb. danışıb. Qeyd edilib ki, tibbi kadrların ha­zırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, fakültə­nin beynəlxalq layihələrdə iştirakı, müasir laboratoriyaların qurulması tədris imkanlarını daha da artırır. Tibb fakültəsinin məzunları nəinki Naxçıvan­da hətta onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam et­dirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.

Rektor ali təhsil ocağında yaradılan LMQS “Ustadlıq Mərkəzi” tibb sahəsində kadr hazırlığının aparılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib

Tədbirdə rektor müşaviri Rəcəb Cəfərli LMQS “Ustadlıq Mərkəzi”nin təqdimatını edib. Rəcəb Cəfərli layihənin icrasının məqsədinin Avropa təhsil sisteminə uyğun dərsliklərin hazırlanması, müəllim heyətinin təkmilləşdirilməsi və nəticədə tibb ixtisası üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin müasir tələblərə cavab verən kadr kimi yetişdirilməsi olduğunu deyib.

Rektor müşaviri “Ustadlıq Mərkəzi”nin tibb ixtisasları üzrə təhsil alan tələbələrin praktik vərdişlərə yiyələnmələri üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

Rəcəb Cəfərli Ustadlıq Mərkəzində yerləşən avadanlıqların idarə olunması və funksiyaları haqqında iştirakçılara məlumat verib.

Erasmus+ LMQS Sante layihəsinini darə heyəti adından çıxış edən Qazaxstan Kokşentausky Universitetinin əməkdaşı Svetlana Muradbekova ERASMUS+ layihəsinin əhəmiyyətindən danışaraq “Ustadlıq Mərkəzi”nin fəaliyyətinə uğurlar arzulayıb

Nəşr edilib : 13.11.2023 09:53