AZ EN RU

Naxçıvan Dövlət Universitetində “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov tələbələrlə görüşüb

Görüşdə çıxış edən NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov haqqında məlumat verib, ali təhsil ocağı ilə “Cahan Holdinq” Şirkətlər İttifaqının birgə əməkdaşlığına nəzər salıb. 
Qeyd olunub ki, uzun illərdən bəri davam edən əməkdaşlıq nəticəsində şirkətlə birgə xüsusi layihələr icra olunub. Prorektor son günlərdə “Cahan Holdinq” Şirkətlər İttifaqı ilə imzalanan müqavilənin əməkdaşlığı daha da inkişaf edirəcəyinə əminliyini ifadə edib.
Arzu Abdulayev Vüqar Abbasovun tələbələr ilə görüşünün xüsusi ilə əhəmiyyətli olduğunu qeyd edib.
Cahan Holdinqin təsisçisi, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov qeyd edib ki, dövlət orqanları, qeyri-hökumət təşkilatları, müvafiq idarə, müəssisələr universitetlərə dəstək olmalıdır. 
“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov “Cahan Holdinq” Şirkətlər İttifaqının yaranma tarixi və fəaliyyət sahələri haqqında tələbələrə geniş məlumat verib, şəxsi təcrübələrini, öz biznesini qurmaq üçün müasir dövrdə tələb olunan meyarları iştirakçılarla bölüşüb.
Tədbir diskussiya şəklində davam edib, tələbələrin sualları Vüqar Abbasov tərəfindən cavablandırılıb.

Nəşr edilib : 15.03.2024 22:35