AZ EN RU

Naxçıvan Dövlət Universitetində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmmədlə görüş keçirilib

    Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədlə görüş keçirilib.
    Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elsevər Əsədov professor Tahirə Məmməd yaradıcılığı haqqında məlumat verərək onun araşdırdığı problemlərin aktuallığı ilə diqqəti cəlb etdiyini vurğulayıb. 
    Görüşdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Pərvanə İsaqızı, universitetin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimli çıxışlarında professor Tahirə Məmməd yaradıcılığı haqqında fikirlərini bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
    Daha sonra professor Tahirə Məmməd universitet elmi, mədəni mühitini yüksək qiymətləndirərək, görüşün təşkilatçılarına  dərin minnətdarlığını ifadə edib.
    Sonda suallar cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 28.11.2023 11:44