AZ EN RU

Naxçıvan Dövlət Universitetində 2023-2024-cü tədris ilinin ikinci yarısında keçiriləcək pedaqoji internaturaların başlanğıc konfransı baş tutub

Konfransda ali təhsil ocağının professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları, pedaqoji təcrübəyə gedəcək tələbələr iştirak ediblər.

Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev müəllim kadrların hazırlığında pedaqoji təcrübənin əhəmiyyətindən danışıb.

         Diqqətə çatdırılıb ki, həm pedaqoji, həm də istehsalat təcrübəsi eyni məqsədə, tələbələrin yüksək səviyyəli mütəxəssislər kimi yetişmələrinə xidmət edir. Rektor bildirib ki,  universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm bir hadisədir, gələcəkdə müəllim olmağa və dövlət qurumlarında işləyəcək gənclər üçün xüsusi bir hazırlıq mərhələsidir.

         Sonra konfransda  Naxçıvan Muxtar Respublikasının Təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov çıxış edərək təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraiti və maddi-texniki bazası haqqında məlumat verib.

Sonra 2022-2023-cü tədris ilində keçirilən təcrübələrə həsr olunan videoçarx nümayış olunub.

Konfransa Təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidovanın “Pedaqoji internaturaların təşkili və keçirilməsi”, “Ümumi və nəzəri fizika” kafedrasının müdiri Billurə Hacıyevanın “Pedaqoji internaturada təcrübə rəhbərlərinin görəcəyi işlər”, “Pedaqogika və psixologiya” kafedrasının müdiri Taleh Xəlilovun “Pedaqogika və psixologiya üzrə təcrübə rəhbərlərinin görəcəyi işlər” mövzularında çıxışları dinlənilib.

Nəşr edilib : 20.02.2024 18:04