Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq, ölkələrimiz arasında olan qardaşlıq münasibətlərindən, Türkiyə universitetləri ilə yaradılan beynəlxalq əməkdaşlıq əlaqələrindən danışıb. Rektor universitetdə qardaş ölkənin professor-müəllim heyətinin müxtəlif fakültələr üzrə keçdikləri dərslər barədə məlumat verib.
Van Yüzüncü il Universitetinin rektoru Hamdullah Şevli hər iki universitet arasında birgə əməkdaşlığa dair imzalanan protokolu diqqətə çəkib.
NDU-nun ️İncəsənət fakültəsində keçirilən tədbirdən öncə Seyhan Mercan Kalaycının 25 rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub.
Tədbirə Van Yüzüncü İl Universitetinin müəllim və tələbələrindən ibarət musiqi qrupu da qatılıb.