AZ EN RU

Naxçıvan Dövlət Universiteti Naxçıvan Musiqi Kollecində maarifləndirici tədbir keçirilib

25 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universiteti Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu və tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirci tədbir keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov çıxışında Ümummilli lider Heydər Əliyevin səhiyyə sisteminə göstərdiyi qayğıdan, səhiyyə və tibbi sığorta sahəsindəki fəaliyyətlərindən, “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən danışmışdır.

Tədbirdə qeyd edilmişdir ki, bu gün Ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi və böyük idarəçilik qabiliyyəti ilə respublikanın bütün ərazisində icbari tibbi sığorta uğurla tətbiq edilir. Artıq vətəndaşlarımız yalnız şəxsiyyət vəsiqəsi ilə sığorta hadisəsi baş verdiyi zaman “Xidmətlər Zərfi” çərçivəsində istədiyi dövlət tibb müəssəsinə müraciət edərək tibbi xidmətlərdən ödənişsiz yararlana bilər. Naxçıvan Muxtar Respublikasında hazırda icbari tibbi sığorta mexanizmlərinin formalaşdırılması, tibb sahəsi üzrə kadr potensialının artırılması, tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, əhalinin tibbi xidmətlərə bərabər şərtlərlə əlçatanlığının artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.

Tədbir iştirakçılarına Agentliyin əməkdaşı Təranə Abbasova tərəfindən icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat verilmişdir. Diskussiya ətrafında keçən tədbirdə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Sonda tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından və səhiyyə sahəsindəki fəaliyyətlərindən bəhs edən videoçarx izlənilmişdir.

                                      Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi

                                      Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti

Nəşr edilib : 25.10.2023 14:18