AZ EN RU

Naxçıvan Dövlət Universiteti Musiqi Kollecində 2023-cü ildə görülən işlərə dair hesabat tədbiri keçirilib

Kollecin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva hesabat çıxışı zamanı diqqətə çatdırıb ki, 2023-cü ildə kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş I ifaçılıq müsabiqəsi təşkil edilib, “Qərbi Azərbaycana qayıdış” fesival-konqresində, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Van Yüzüncü İl Universitetində, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramında Naxçıvan Dövlət Universiteti və Naxçıvan Musiqi Kollecinin birləşmiş simfonik orkestri uğurla çıxış edib.

Sonda universitetin rektoru Elbrus İsayev qeyd edib ki, kollec bu il müstəqil ifaçılıq və peşəkar inkişaf sahəsində böyük nailiyyətlər əldə edib. Vurğulanıb ki, kollec təlim proqramları ilə tələbələrinə sənət sahəsində geniş imkanlar təmin edib və onların bacarıqlarını daha da inkişaf etdirib. Rektor tədbirdə müəllimlərin təkliflərini dinləyərək tövsiyələrini çatdırıb, kollec əməkdaşlarına uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin Media və

ictimaiyyətlə əlaqələr bölməsinin mətbuat xidməti

Nəşr edilib : 25.01.2024 19:11