AZ EN RU

Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Rusiyada yüksək impaktfaktorlu jurnalda nəşr olunub

Naxçıvan Dövlət Universitetinin İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayevin “Antanaklassisin digər dil layları ilə müqayisəsi” (“Comparison of antanaclassis with the components of language layers”) adlı elmi məqaləsi Rusiyanın Moskva şəhərində yüksək impaktfaktorlu “Müasir elm və təhsil problemləri” (“Problems of Modern Science and Education”) jurnalda dərc olunub.

Müəllif məqalədə paronomasiyanın bir növü olan antanaklassis haqda araşdırma aparıb və onun dil uzisinə aid olan yanıltmaclarla müqayisəli cəhətlərinə nəzər salıb. Tədqiqatda qeyd edilib ki, antanaklassis bir cümlənin bir-neçə dəfə dalbadal sürətlə deyilməsi ilə gülünc və yumor doğuran vulqar ifadənin ortaya çıxmasına səbəb olur. Müəllif antanaklassisin yanıltmacla oxşar olduğu qənaətinə gələrək bildirib ki, hər iki dil layında iki normal cümlə dalbadal işlənir və sürətlə deyilir. Fərqli cəhətlərinə gəldikdə isə yanıltmaclar dil dolaşmağa xidmət edir, gülünc və yumor doğurmaya bilər. Bundan başqa yanıltmaclar vulqar söz yaratmır.

Səadət Əliyeva NDU-nun Televiziya,mətbuat

 və ictimaiyyətlə əlaqələr

bölməsinin müdiri

Nəşr edilib : 16.02.2022 14:59