AZ EN RU

Naxçıvan Dövlət Universiteti məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş olimpiadanın təşkilinə dair görüşdə iştirak edib

Olimpiadanın  təşkilində məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. 
Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Final mərhələsi iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək. 
Qeyd edək ki, olimpiadanın tərəfdaşları qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması çıxış edəcək. Sözügedən olimpiada ötən ilin noyabr ayında Naxçıvanda təşkil olunmuş “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində müzakirə edilən təkliflərin reallaşdırılmasının davamı kimi həyata keçiriləcək.

Nəşr edilib : 04.04.2024 23:09