AZ EN RU

Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası tələbələri “Şuşa ili”- nə həsr olunmuş esse yazı müsabiqəsində mükafatlandırılıb

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzi tərəfindən Filologiya və Jurnalistika fakültələri tələbələri arasında keçirilən “Şuşa ili”- nə həsr olunmuş “ Ayrılmadı könül candan” adlı esse və hekayə müsabiqəsində qaliblər mükafatlandırılıb. Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə III kurs tələbəsi İlahə Allahverdiyeva “Qarabağ Azərbaycanın musiqi beşiyidir”, həmin ixtisas üzrə I kurs tələbəsi  Əli Yarıyev “Ayrılmadı könül candan” adlı essesi ilə qaliblər sırasında olub.

Bu məqsədlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzinin direktoru professor Sevinc Əliyeva bildirib ki, tələbələrimizin hər bir yazısında Qarabağa olan həsrət dolğun şəkildə ifadə olunub. Qeyd edilib ki, müsabiqəgənclərimizin Qarabağa olan məhəbbəti və  düzgün yazı vərdişlərinin inkişafı, ədəbi dilin normalarına riayət olunması məqsədi ilə keçirilib. Vurğulanıb ki, məzmun və yazı quruluşu baxımından dolğun olan on tələbənin yazısı mükafat alanlar sırasında olub.

Sonda qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonda tələbələrlə yazılar haqqında fikir mübadiləsi aparılıb və tələbələrin çıxışları dinlənilib.

Qeyd edək ki, orfoqrafik, qrammatik və üslub səhvlərinə rast gəlinən əksər yazılar müsabiqəyə buraxılmayıb. Mətnin abzaslara düzgün bölünməməsi, punktuasiya qaydalarına riayət olunmaması, eləcə də mövzu ilə məzmun arasında uyğunsuzluq kimi hallar müşahidə edilən, ciddi plagiat faktlarının aşkar edildiyi yazılar isə müsabiqədən kənarlaşdırılıb.

Əli Yarıyev Jurnalistika ixtisası üzrə I kurs tələbəsi

Nəşr edilib : 26.05.2022 21:37