AZ EN RU

Naxçıvan Dövlət Universiteti həm də özünün əcnəbi tələbə sayı ilə fərqlənir

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universiteti əcnəbi tələbə sayına görə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biridir.  Hər il burada dünyanın müxtəlif ölkələrindən gələn tələbələr təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil alırlar. 
Sevindirici hal odur ki, həmin tələbələr məzun olduqdan sonra da universitetlə əlaqələrini kəsmirlər. 12 il əvvəl Naxçıvan Dövlət Universitetinin məzunu olan Cənubi Koreya vətəndaşı Yaung Myungga ailəsi ilə birlikdə öz tətilini keçirmək üçün özünə ikinci vətən hesab etdiyi  Naxçıvan şəhərinə səfər edib. Səfər çərçivəsində qonaq universitetdə olub, burada müəllim və tələbə yoldaşları ilə görüşüb. Universitetin artan imkanları onda daha bir maraq yaradıb və doktorantura təhsili almağa həvəsləndirib.


Aidə İBRAHİMOVA

Nəşr edilib : 20.07.2024 16:29