AZ EN RU

Naxçıvan Dövlət Universiteti əməkdaşlarının Türkiyənin Qazi Universitetinə səfərləri başa çatıb

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Qazi Universiteti  arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən NDU əməkdaşları universitet Elmi Kitabxanasının təkmilləşdirilməsi məqsədilə Qazi Universitetinə səfər ediblər. İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli, Elmi Kitabxananın Direktoru Xumar Məmmədova və kitabişləmə üzrə mütəxəssis Maral Babayeva səfər zamanı Qazi Universitetinin kitabxana təcrübəsi ilə tanış olub, yeni texnologiyalar üzərində qurulmuş kitabxana modelinin iş prinsipini öyrəniblər. Həmçinin səfər zamanı Ankara şəhərində yerləşən müxtəlif kitab satış mərkəzləri və kitabxana elektronlaşdırma sahəsində mütəxəssislərlə görüşlər keçirilib.

Nəşr edilib : 02.02.2024 17:54