AZ EN RU

Naxçıvan Dövlət Universiteti əməkdaşları DIRNA layihəsi çərçivəsində İzmirdə səfərdə olublar

Beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan Erasmus+K2 proqramının “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) layihəsi ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova, baş kitabxanaçı Şəbnəm Məmmədova 15-17 noyabrda Türkiyənin İzmir şəhərində İzmir Yüksək Texnologiya İnstitutunda (İYTE) keçirilən ilk təlimdə iştirak ediblər.

Xəzər Universitetinin koordinatorluğu ilə keçirilən  Azərbaycanın tərəfdaş universitetlərinin (Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti) iştirak etdiyi təlimdə əsas məqsəd kitabxana əməkdaşlarının tədqiqat nəticələrinə açıq çıxışının dəstəklənməsi, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı saxlamaq baxımından İzmir Yüksək Texnologiya İnstitutunun təcrübəsini öyrənməkdir. Həmçinin Azərbaycan ali məktəblərinin əməkdaşları institutun kitabxanasının iş prinsipi ilə tanış olub, mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində rektor Prof. Dr. Yusuf Baranla görüş olub, sözügedən sahədə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı söhbətlər aparılıb, perspektivlər müzakirə edilib.

Nəşr edilib : 29.11.2023 17:54