AZ EN RU

Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı universitetləri sırasında

    Naxçıvan Dövlət Universiteti (1001+) Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alıb.
    Qeyd edək ki, Impact Rankings Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəli hesab olunur. Reytinq dörd geniş sahə üzrə hərtərəfli və balanslaşdırılmış müqayisəni təmin etmək üçün tədqiqat, idarəetmə, təbliğat və tədris göstəricilərindən istifadə edir. Təqdim edilən dörd nömrəli “Keyfiyyətli təhsil” dayanıqlı inkişaf məqsədi üzrə reytinq cədvəlində 601-800, dayanıqlı inkişaf məqsədlərinin 7-ci məqsədi “Sərfəli və təmiz enerji” üzrə 601-800, 17-ci dayanıqlı inkişaf məqsədi olan “Məqsədlər üçün tərəfdaşlıq” üzrə 1001+ və son olaraq 10 nömrəli dayanıqlı inkişaf məqsədi “Bərabərsizliyin azaldılması” üzrə reytinq nəticəsi 401-600 olaraq göstərilib.
    Əlavə olaraq nəzərinizə çatdıraq ki, “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində yer alan dünyanın ən yaxşı universitetləri sırasında Naxçıvan Dövlət Universiteti 7 Azərbaycan ali təhsil müəssisəsindən biridir.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

 

Nəşr edilib : 03.06.2023 10:31