AZ EN RU

Naxçıvan Dövlət Universiteti Dünya Robot festivalının ölkə təmsilçisi qismində Avrasiya çempionatı keçirir

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Dünya Robot festivalının ölkə təmsilçisi qismində Avrasiya çempionatı keçirir.
Bakı İdman Sarayında Naxçıvan Dövlət Universitetinin ölkə üzrə təmsilçisi olduğu “Robotex Azərbaycan” festivalının açılış mərasimi olub.
Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcı, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarova,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azercell CEO-sunun baş müşaviri Okan Çimen, Təhsil Tələbə Kredit Fondunun rəhbəri Araz Paşayev eyni zamanda universitetlərin rektorları, məktəb direktorları iştirak ediblər.

Nəşr edilib : 03.03.2024 08:44