AZ EN RU

Naxçıvan Dövlət Universiteti Clarivate Analytics şirkəti ilə əməkdaşlığı genişləndirir

    Naxçıvan Dövlət Universitetində keçirilən onlayn tədbirdə Clarivate Analytics Şirkətinin Rusiya və MDB üzrə rəhbəri Oleq Utkin şirkətin fəaliyyəti haqqında məlumat verərək şirkətin əməkdaşlıq imkanları, Azərbaycanda fəaliyyəti, elmi jurnalların indekslənməsi, impakt faktorlar barədə danışıb. 
    Clarivate Analytics şirkətinin regional  təhsil şöbəsinin müdiri Valentin Boqorov qeyd edib ki, Web of Science (WoS) və Scopus hazırda dünyada ən nüfuzlu baza olaraq qəbul olunur. Qeyd edilib ki, nəşr standartlarının digər əlamətlərindən biri də məqalələrin resenziyadan keçməsidir, bu da təqdim olunan elmi materialların keyfiyyətinin, həmçinin orada istinad edilən ədəbiyyat siyahısının dolğun şəkildə verildiyinin göstəricisidir. Şirkətə məxsus olan publons, elmi media platforması, core collection, metrik baza haqqında məlumat verən Valentin Boqorov Naxçıvan Dövlət Universiteti professor-müəllim heyətinin son iki ildə web of sciences indeks bazalarında elmi məqalə nəşrlərinin qənaətbəxş olduğunu bildirib. 
    Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev ali təhsilin davamlı inkişafa nail olunması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
    Görüşün sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsi

Nəşr edilib : 28.02.2022 20:33