AZ EN RU

Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə Ulu Öndərə həsr olunmuş mühazirə keçirilib

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə dair “Ümummilli ideologiyamizin banisi və atası - Heydər Əliyev” mövzusunda keçirilən mühazirə Heydər Əliyev Muzeyində təşkil edilib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbiri giriş sözü ilə acan  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva bildirib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent  Ramiz Qasımovun  “Ümummilli ideologiyamızın banisi və atası - Heydər Əliyev” mövzusunda çıxışı dinlənilib. Azərbaycan xalqının ümummilli ideologiyası kimi Azərbaycançılıq məfkurəsinin formalaşması və bitkinləşməsinin ümummilli lider Heydər Əliyevin xidmətləri və zəngin təcrübəsi sayəsində mümkün olduğunu tələbələrin diqqətini çatdıran Ramiz Qasımov vurğulayıb ki, dahi rəhbər həm də öz uzaqgörənliyi və müdrikliyi ilə dünya azərbaycanlılarının həmrəylik ideyasının müəllifi və onun lideridir. 

Vurğulanıb ki, indi bu ideologiyanın daha da möhkəmlənməsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi fəaliyyəti mühüm rol oynayır. Düzgün idarəçilik və müdrik rəhbərliyin nəticəsidir ki, dünyada 50 milyondan çox vətəndaşı olan Azərbaycan xalqı fikirdə, dildə və əməldə həmrəylik nümayiş etdirməklə 44 günlük Vətən müharibəsində böyük qələbə əldə edib.

Sonda  muzeyin ekspozisiyasına baxış keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev  Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Ölkə Prezidentinin  digər bir Sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il üçün  Tədbirlər Planı təsdiq edilib, müəssisələrdə sərgilər, guşələr yaradılıb, müxtəlif tədbirlərin və Ulu öndərə həsr olunmuş konsert proqramlarının keçirilməsi diqqət mərkəzində saxlanılır.

 Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2023 15:35